“Qarabağ” – “Nant”: Yenə 4 qol?
13.09.2022 - 16:00
“Qarabağ” – “Nant”: Yenə 4 qol?

Avropa Liqasının qrupunda mübarizə aparan “Qarabağ” II turda “Nant”ı qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan klublarının sentyabrın 15-dəki 3-cü avrokubok matçı olacaq.

Təmsilçilərimiz indiyədək yalnız 2016-cı ilin bu günündə meydana çıxıb. Həmin gün həm “Qarabağ”, həm “Qəbələ” qrup oyunu keçirib. Maraqlıdır ki, hər iki görüşdə 4 qol vurulub.

Avropa Liqası, 2016/17 mövsümü
15 sentyabr 2016

“Qarabağ” – “Slovan” – 2:2
“Anderlext” – “Qəbələ” – 3:1
 

0