“Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılır - QİYMƏTLƏR
29.09.2022 - 19:08
“Qarabağ” – “Neftçi” oyununun biletləri satışa çıxarılır - QİYMƏTLƏR

Misli Premyer Liqasının Vlll turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq. 

Apasport.az saytı xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. 

Bildirilib ki, biletlər sabah yalnız onlayn (iticket.az) satılacaq. Oyun günü isə biletləri həm iticket.az, həm də “Azersun Arena”nın kassasından ala bilərsiniz.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

J1, J2, K1, K2, L1, L2 sektorları “Neftçi” azarkeşləri üçün nəzərdə tutulub. Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, oktyabrın 1-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.

0