“Qarabağ” Ovusuya görə nə qədər istəyir? – MƏBLƏĞ
30.06.2022 - 15:37
“Qarabağ” Ovusuya görə nə qədər istəyir? – MƏBLƏĞ

“Qarabağ”ın hücumçusu Ovusu Kvabena üçün tələb etdiyi məbləğ müəyyənləşib.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Ağdam təmsilçisi “Sakaryaspor”un maraq dairəsində olan qanalı forvardın transferindən 300 min avro qazanmaq niyyətindədir.

Bildirilib ki, TFF I Liqasına yenicə yüksələn Sakarya klubu ötən mövsümü icarə əsasında “Ankaragücü”də keçirən 25 yaşlı oyunçu üçün Azərbaycan çempionu ilə danışıqları davam etdirir. Lakin ağdamlıların transfer qarşılığında 300 min avro istəməsi “Sakaryaspor”un işini çətinləşdirib.

Qeyd edək ki, hazırda “Qarabağ”ın düşərgəsində olan Ovusu Kvabena ötən mövsüm “Ankaragücü”nün heyətində keçirdiyi 23 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə verib.
 

0