“Qarabağ” rəsmisi Ali Koçu təbrik etdi
10.06.2024 - 09:19
“Qarabağ” rəsmisi Ali Koçu təbrik etdi

“Qarabağ”ın baş meneceri Asif Əsgərov Super Liqa təmsilçilərindən “Fənərbaxça”nın prezidenti Ali Koçu seçkilərdə yeniden qalib gəlməsi münasibətilə təbrik edib.

Apasport.az xəbər verir ki, funksioner instaqram hesabında Koçla fotosunu paylaşaraq, bunları yazıb:

“Əsl seçimlər mütləq bir gün haqqını alır və ən yaxşılar qazanacaq. “Fənərbağça”ya Ali Koç, Ali Koç da “Fənərbağça”ya yaraşır. Bütün “Fənərbağça” camiəsini, dostlarımı, azarkeşlərimi doğru qərar vermələri münasibətilə təbrik edirəm”.

Qeyd edək ki,  Ali Koç üçüncü dəfə  İstanbul nəhənginin prezidenti seçilib. O, 2018-ci ildən bu postu tutur.

0