Misli Premyer Liqasında VI turun mərkəzi oyununda “Qarabağ” “Sabah”ı qəbul edəcək.
Apasport.az saytının məlumatına görə, liderlərin dueli futbol ekspertlərinin də diqqətindən yayınmayıb.
Tanınmış mütəxəssis Dmitri Jdanyuk sabahkı matça proqnoz verib. O, proqnozsevərlərə öz mərc variantını təklif edib:
“Qarabağ” dörd oyunda 4 qələbə qazanıb. Ötən tur ağdamlılar “Kəpəz”i 1:0 hesabı ilə üstələyib.
“Sabah”ın 4 oyunluq qələbə seriyası ötən tur qırılıb. “Səbail”lə görüş qolsuz başa çatıb.
Rəqiblər ötən mövsümdə 4 dəfə qarşılaşıb. Üç dəfə “Qarabağ” qalib gəlibsə, bir matç bərabərliklə nəticələnib.
Ağdam klubunun orta məhsuldarlığı 2,50-dir. Bu, turnirdə ən yüksək göstəricidir. Elə sabah da 1-ci komandanın 2 Üst-ünə mərc etmək məsləhətlidir.
Bu görüşü çempionatın ən məhsuldar komandalarından ikisinin dueli də saymaq olar. “Sabah”da da orta göstərici 2-yə bərabərdir. Buna görə də Üst gələcəyinə şübhə etmirəm.
“Qarabağ” son 16 ev oyununda 14 qələbə qazanıb və yalnız 2 heç-heçə edib. “Sabah” isə eyni sayda səfərdə 8 dəfə qalıb gəlib. Şəxsi duellərdəki üstünlüyü də nəzərə alsaq, ağdamlıların qalib gələcəyi inandırıcı görünür.
Proqnozum: 1 və Üst