"Qarabağ" Sumqayıta gəldi, tribunalar doldu - Mövsümün rekordu
22.11.2025 - 10:06
Misli Premyer Liqasının XII turunda tamaşaçı sayında mövsümün rekordu qeydə alınıb.
Apasport.az xəbər verir ki, bu rekord "Sumqayıt" - "Qarabağ" matçında baş tutub.
Belə ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9100 azarkeş tribunadan izləyib.
Bu mövsümün geridə qalan hissəsi üçün ən çox izləyici toplayan matç olub.
Bunadək rekord X turda Tovuz şəhər stadionunda keçirilən "Turan Tovuz" – "Şamaxı" qarşılaşmasında qeydə alınmışdı. Həmin görüşü 5800 azarkeş tribunadan izləmişdi.
Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib.
0
0