“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”lə keçirəcəyi ilk oyunun biletləri sabahdan satışa çıxarılacaq.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İsveçrə çempionu ilə matçın biletlərini sabah saat 11:00-dan etibarən əldə etmək mümkün olacaq.
Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.
Satış məntəqələri bunlardır:
Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);
Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında (11:00-dan 20:00-dək).
Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ