“Qarabağ” Tovuzdan da itkisiz döndü - YENİLƏNİB
09.11.2022 - 16:20
“Qarabağ” Tovuzdan da itkisiz döndü - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında daha bir oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, III turdan təxirə salınan matçda “Turan Tovuz” “Qarabağ”ı qəbul edib.

Çempionatın debütantı lider qarşısında tab gətirməyib. Matçın taleyini artıq ilk 45 dəqiqədə həll edən Qurban Qurbanovun yetirmələri fasiləsən sonra da üstünlüyünü qoruyub.

Bununla da “Qarabağ” mövsümün startında ardıcıl 13-cü qələbəsini qazanıb. Ağdam təmsilçisi ən yaxın izləyicisi “Sabah”la xal fərqini 5-ə çatdırıb.

Qeyd edək ki, Premyer Liqada XIV turun oyunları noyabrın 11-13-də keçiriləcək. Turun son günündə çempionatın liderləri “Qarabağ”la “Sabah” paytaxt təmsilçisinin meydanında üz-üzə gələcək.

Misli Premyer Liqası
III turdan təxirə salınan oyun
9 noyabr
14:30. “Turan Tovuz” – “Qarabağ” - 0:2

Qollar: Vüsal Məsimov, 20 (öz qapısına), Ovusu Kvabena, 37
Baş hakim: Tural Qurbanov
“Turan Tovuz”: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 98. Elxan Qasımov, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya
Baş məşqçi: Ayxan Abbasov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov
Tovuz şəhər stadionu

1

Qarabağ

13

13

0

0

40-8

39

2

Sabah

13

11

1

1

30-10

34

3

Neftçi

13

8

2

3

26-14

26

4

Qəbələ

13

6

2

5

17-13

20

5

Zirə

13

6

1

6

15-21

19

6

Turan Tovuz

13

4

3

6

10-18

15

7

Səbail

13

2

4

7

11-19

10

8

Kəpəz

13

2

2

9

11-29

8

9

Şamaxı

13

1

4

8

8-21

7

10

Sumqayıt

13

0

5

8

4-19

5

Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi “Qarabağ”) - 11 qol

0