“Qarabağ” aparıcı futbolçusuna qovuşub.
Apasport.az saytına verilən məlumata görə, söhbət Yassin Benziadan gedir.
Qış fasiləsi zamanı düşərgəni tərk edən əlcəzairli öncə anasının vəziyyəti ağır olduğu üçün, daha sonra isə anasının həyatını itirməsinə görə komandanın hazırlıq dönəmindən uzaq düşmüşdü.
Saytımıza verilən məlumatda futbolçunun dünən ölkəmizə qayıtdığı və komandanın məşqinə qoşulduğu bildirilib.
Amma onun Avropa Liqasının 7-ci turunun FKSB ilə görüşündə iştirak etməsi çətin görünür.
Qeyd edək ki, “Qarabağ” – FKSB matçı yanvarın 23-də keçiriləcək və oyuna 21:45-də start veriləcək.