“Qarabağ” Ukrayna millisinin hücumçusunu gətirə bilər
14.11.2022 - 17:16
“Qarabağ” Ukrayna millisinin hücumçusunu gətirə bilər

Ukrayna millisinin və Kiyev “Dinamo”sunun hücumçusu Artyom Besedin karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə sport.ua saytı məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı forvard 3 klubun diqqət mərkəzindədir ki, onlardan biri də “Qarabağ”dır. Azərbaycan çempionu ilə yanaşı, Türkiyə klubları “Kasımpaşa” və “Sivasspor” da Besedini qış fasiləsində heyətinə cəlb etmək niyyətindədir.

Adıçəkilən komandalar hətta mövsümlərarası fasilədə də hücumçu ilə maraqlanıb, lakin təklifləri müsbət cavablandırılmayıb.

Qeyd edək ki, 2013-cü ildən “Dinamo”nun formasını geyinən Artyom Besedinin müqavilə müddəti 2025-ci ilin yanvarına qədərdir.
 

0