“Qarabağ” “Viktoriya” ilə bacarmadı
24.08.2022 - 00:49
“Qarabağ” “Viktoriya” ilə bacarmadı

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri Plzendə Çexiya çempionu “Viktoriya” ilə görüşüb. Bakıda qolsuz heç-heçə edən rəqiblərin “Duşan Arena”dakı duelində hesabı Filip Ozobiç açıb. Milliləşən xorvatiyalı ilk yarının sonlarında fərqlənib.

Çexiya çempionu fasilədən sonra hesabda tarazlıq yarada bilib. Şahrudin Məhəmmədəliyevin çıxışdakı səhvindən sonra Yan Kopits status-kvonu bərpa edib.

Bu hesab oyunu əlavə vaxta aparmalı olsa da, çexiyalılar daha bir qola imza atıb. Yan Kliment “Viktoriya”ya qələbə qazandıran topa imza atıb. Plzen təmsilçisi Çempionlar Liqasının qrupuna düşüb.

Bununla da “Qarabağ” Avropa Liqasına yuvarlanıb. Ağdam klubu qitənin ikinci dərəcəli klub turnirinin qrupunda oynayacaq.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının əvvəlki mərhələlərində Polşa “Lex”i (0:1, 5:1), İsveçrə “Sürix”i (3:2, 2:2, əlavə vaxtda) və Macarıstan “Ferensvaroş”unu (1:1, 3:1) mübarizədən kənarlaşdırıb.

Çempionlar Liqası 
Pley-off, cavab oyunu
23 avqust
23:00. "Viktoriya" (Çexiya) - “Qarabağ” (Azərbaycan) - 2:1

Qollar:  Yan Kopits, 58,  Yan Kliment, 73 - Filip Ozobiç, 38

"Viktoriya: 36. Yindrjix Stanek, 4. Ludek Pernitsa (K), 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 44. Libor Holik, 23. Lukaş Kalvax, 24. Milan Havel
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç, 77. Erik Yirka, 99. Modu Ndiay
Baş məşqçi: Mihal Bilek

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev (k), 20. Kadi Borges, 10. Abdullah Zubir,  25. İbrahima Vadji, 19. Filip Ozobiç, 7. Riçard Almeyda
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena

İlk oyun - 0:0
 

0