“Qarabağ” yeni transferini “Sürix” üçün sifariş etdi
18.07.2022 - 11:04
“Qarabağ” yeni transferi Julio Romaonu Çempionlar Liqası üçün sifariş edib.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, braziliyalı yarımmüdafiəçinin adı İsveçrə təmsilçisi “Sürix”lə Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək matçlar üçün iştirak ərizəsinə salınıb. Bu isə o deməkdir ki, “Qarabağ”ın yeni “6 nömrəsi” sabah Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada debüt edə bilər.
Qeyd edək ki, Julio Romao “Qarabağ”la 4 illik müqavilə imzalayıb.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
2
0