"Qarabağ" yunan qapıçı ilə razılaşa bilmir
04.07.2024 - 16:18
"Qarabağ" yunan qapıçı ilə razılaşa bilmir

“Qarabağ” danışıq apardığı “Kasımpaşa”nın qolkiperi Andreas Gianniotislə ortaq məxrəcə gələ bilmir. 

Apasport.az saytına verilən məlumata görə, buradakı əsas məsələ yunan qolkiperlə bağlıdır.

Belə ki, Ağdam təmsilçisi 31 yaşlı qapıçının istədiyi məbləğin yüksək olduğunu düşünür. Məhz buna görə də, onunla danışıqlar hələ ki, müsbət məcrada həll edilməyib. 

Qolkiper bildirib ki, maliyyə məsələsində razılıq əldə edilsə, onun azad agent kimi “Qarabağ”a gəlməyində problem olmayacaq. Hazırda da maliyyə ilə bağlı danışıqlar davam etdirilir.

Qeyd edək ki, Andreasın “Kasımpaşa” ilə bir illik müqaviləsi hələ də qüvvədədir.
 

0