"Qarabağ" Yunanıstana yollanıb
29.01.2025 - 12:27

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin son - 8-ci turunun "Olimpiakos"la matçı üçün Yunanıstana yola düşüb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bu gün yerli vaxtla saat 19:40-da mətbuat konfransı təşkil olunacaq. Saat 20:00-da isə komanda açıq məşqə çıxacaq.
Qeyd edək ki, yanvarın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
- "Qarabağ"ın potensial rəqiblərinin matçında minimalhesablı qələbə
- "Dinamo"dan "Neftçi"yə - Rəsmi
- Qurban Qurbanov: "Şelburn" bəzi göstəricilərə görə bizdən üstündür"
- "Zirə" UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edib
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
0
0