“Qarabağ” zirvədə, “Kəpəz” uduza-uduza gedir - YENİLƏNİB
01.09.2022 - 20:51
“Qarabağ” zirvədə, “Kəpəz” uduza-uduza gedir - YENİLƏNİB

Misli Premyer Liqasında V tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə bir oyun baş tutub.

Günün yeganə qarşılaşması Qəbələ şəhər stadionunda keçirilib. Son çempion “Qarabağ” ev oyunlarını burada keçirən “Kəpəz”in qonağı olub.

Qurban Qurbanovun aşkar üstünlüyü ilə keçən görüşdə hesab ilk yarının sonlarında açılıb. Abdullah Zubir Ağdam klubunu hesabda önə çıxarıb. Bu, görüşdə vurulan yeganə qol olub. 

“Qarabağ” ardıcıl 4-cü qələbə ilə “Sabah”a çataraq top fərqində liderliyi ələ keçirib. Autsayder isə mövsümdəki 5-ci görüşündə də uduzub.

Qeyd edək ki, turun digər matçları sentyabrın 3-4-də keçiriləcək.

Misli Premyer Liqası
V tur
1 sentyabr (cümə axşamı)
19:00. “Kəpəz” – “Qarabağ” - 0:1
Qol:
Abdullah Zubir, 44
Qırmızı vərəqə: Tural Rzayev, 50
“Kəpəz”: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 70. Nicat Süleymanov, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 72. Zahid Mərdanov, 97. Nicat Məmmədov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze
Məşqçi: Xaliq Mərdanov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (k), 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Kvabena Ovusu, 6. Julio Romao
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
Qəbələ şəhər stadionu

1

Qarabağ

4

4

0

0

10-1

12

1

Sabah

4

4

0

0

10-2

12

3

Qəbələ

4

3

0

1

8-3

9

4

Neftçi

4

3

0

1

9-5

9

5

Səbail

4

1

1

2

6-6

4

6

Turan Tovuz

3

1

1

1

1-2

4

7

Zirə

4

1

1

2

4-6

4

8

Sumqayıt

4

0

2

2

0-5

2

9

Şamaxı

4

0

1

3

2-9

1

10

Kəpəz

5

0

0

5

4-15

0

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") – 4, Coy Lens Mikels ("Sabah") - 3 qol

0