Azərbaycan çempionu “Qarabağ” mövsümlərarası fasilədə ilk oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Avstriyada təlim-məşq toplanışında olan Ağdam klubu yoxlama matçında qüvvəsini sınayıb.
Qurban Qurbanovun yetirmələri “Botoşani” ilə görüşüb. Təmsilçimiz Rumıniya klubunu 4 cavabsız qolla darmadağın edib.
Kadi Borqes, Marko Veşoviç və İbrahima Vadji ilk 45 dəqiqədə hərəyə bir qol vurub. Fasilədən sonra Vadji özünün ikinci, komandasının dördüncü qoluna imza atıb – 4:0.
Qeyd edək ki, Avstriyada daha iki matça çıxacaq Ağdam təmsilçisi iyunun 29-da Almaniya "Holştayn Kil"i və Rumıniya təmsilçisi "Universitatya Krayova" klubları qarşılaşacaq.
Yoxlama oyunu
25 iyun
19:00. “Qarabağ” – “Botoşani” – 4:0
Kadi Borqes, 11, Marko Veşoviç, 15, İbrahima Vadji, 41, 58
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ