“Qarabağ”dan milyonluq transfer – braziliyalı futbolçu ilə anlaşma
24.06.2022 - 12:43
“Qarabağ” növbəti transferini həyata keçirib.
Apasport.az saytının Braziliya mətbuatına istinadən məlumatına görə, Azərbaycan çempionu “Nautiko”nun yarımmüdafiəçisi Raldneyi heyətinə qatıb.
Bildirilib ki, artıq “Nautiko”dan ayrılan 24 yaşlı orta sahə oyunçusu ağdamlılarla müqavilə bağlayıb. Onun Braziliya təmsilçisi ilə sözləşməsi ilin sonuna qədər idi. Tərəflər arasında razılığa əsasən, “Nautiko” bu keçiddən 1 milyon rial (təxminən 324 min manat) qazanacaq.
Qeyd edək ki, “Nautiko”nun yetirməsi olan Raldney 2018-ci ildən əsas komandada çıxış edib.
- Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
- Füzuli Məmmədov: “Komandamızda yüksəliş hiss olunur”
- Vernidub: “Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq”
- “Neftçi” Yevlaxdan 3 xalla qayıdır - YENİLƏNİB
- Azərbaycanlı hakimlər üçün VAR təlim-tədris proqramı keçirilir
2
0