"Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Linkoln"la oyuna 3 itki ilə çıxacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Amin Ramazanov və Musa Qurbanlı zədəli, Elvin Cəfərquliyev isə cəzalı durumda olduğundan görüşü buraxacaq. Avstriya toplanışı zamanı “Slaven”ə qarşı yoxlama oyununda sonra meniskində ağrılar hiss edən Musa Bakıda müayinə olunub. Əməliyyat zərurəti yaranan hücumçu 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Linkoln"la "Qarabağ" arasında ilk oyun iyulun 23-də Cəbəllütariqdə, cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama