"Qarabağ"ın Avropa Liqası üçün iştirak ərizəsi açıqlandı
02.09.2022 - 22:18
"Qarabağ"ın Avropa Liqası üçün iştirak ərizəsi açıqlandı

"Qarabağ” Avropa Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Azərbaycan çempionu gələn həftə start götürəcək turnirə 25 futbolçu sifariş edib. Onlardan üçü qapıçı, doqquzu müdafiəçi, doqquzu yarımmüdafiəçi, dördü hücumçudur.

Bu oyunçulardan üçü B vərəqində yer alıb. Bunlar Toral Bayramov, Musa Qurbanlı və Nəriman Axundzadədir.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes;

Hücumçular: 11. Ovusu Kvabena, 22. Musa Qurbanlı, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə.

Qeyd edək ki, G qrupunda yer alan “Qarabağ” Almaniyanın “Frayburq”, Fransanın “Nant” və Yunanıstanın “Olimpiakos” klubları ilə mübarizə aparacaq.

0