“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi dəqiqləşdi
18.07.2022 - 14:08
“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi dəqiqləşdi

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, bu turnirdəki təmsilçimiz “Qarabağ”ın potensial rəqibi müəyyənləşib.

II raundda “Sürix”lə qarşılaşacaq Azərbaycan çempionu İsveçrə klubunu məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” – “Sürix” cütünün güclüsü ilk görüşü evdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da keçiriləcək.
 

1