“Qarabağ”ın Çexiya proqramı açıqlandı
19.08.2022 - 14:51
“Qarabağ”ın Çexiya proqramı açıqlandı

Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Viktoriya” ilə qarşılaşacaq “Qarabağ”ın Çexiyaya səfər proqramı müəyyənləşib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan çempionu avqustun 22-də Çexiyaya yollanacaq.

Komandanı Praqaya aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. Həmin gün Bakı vaxtı ilə saat 21:30-da ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Bundan yarım saat sonra isə matçın keçiriləcəyi Plzen şəhər stadionunda son məşq reallaşacaq.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. İlk görüşdə 0:0 hesabı qeydə alınıb.

0