“Qarabağ”ın əcnəbi futbolçuları milliyə çağırıldı
15.11.2022 - 11:12
“Qarabağ”ın əcnəbi futbolçuları milliyə çağırıldı

“Qarabağ”ın iki əcnəbi futbolçusu növbəti dəfə milli komandasına çağırılıb.

Apasport.az saytının məlumatına görə, söhbət müdafiəçi Marko Veşoviç və Marko Yankoviçdən gedir.

Adıçəkilən oyunçular qarşıdakı yoldaşlıq görüşlərində iştirak etmək üçün Monteneqro yığmasına dəvət alıblar. Markolar Slovakiya və Sloveniya ilə matçlarda məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, Monteneqro yığması noyabrın 17-də Slovakiya, üç gün sonra isə Sloveniya ilə qarşılaşacaq.
 

0