“Qarabağ”ın futbolçusu Almaniyaya baxışa yollanıb
29.05.2024 - 19:18

“Qarabağ”ın U-16 komandasının futbolçusu Nihat İsgəndərov Almaniyaya yollanıb.
Apasport.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Gənc oyunçu "Hannover" klubunun dəvəti ilə bu ölkəyə yollanıb. O, hazırda bu klubun düşərgəsindədir.
Nihat Almaniya təmsilçisində baxışdadır. O, mayın sonunadək bu komandanın heyətində məşq edəcək.
Qeyd edək ki, gənc futbolçu bir müddət əvvəl “Qalatasaray” Futbol Akademiyasında da baxışda olub.
- Elçin Məmmədov “Fənərbaxça” – “Reyncers” matçına təyinat alıb
- Günün canlı yayımlanacaq matçları
- AFFA-dan "Turan Tovuz"a zərbə: 20 min ziyana düşdülər
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasının iclasında iştirak edəcəklər
- Azər Bağırov: “Bu, elə pis mənada futbolçuları sındırmaqdır”
1
0