“Qarabağ”ın gözlədiyi püşkatmanın VAXTI
24.08.2022 - 00:50
“Qarabağ”ın gözlədiyi püşkatmanın VAXTI

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin müəyyənləşəcəyi vaxt bəllidir.

Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin əsas raundunun püşkatma mərasimi avqustun 26-da baş tutacaq.

Tədbir Türkiyənin İstanbul şəhərində keçiriləcək. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Mərasimdə Avropanın ikinci dərəcəli klub turnirinin 32 iştirakçısı 8 qrupa bölünəcək. Qrup mərhələsində ilk yeri tutanlar 1/8 finala, ikinci pillənin sahibi pley-offa, üçüncü komanda Konfrans Liqasının pley-offuna çıxacaq.

Qeyd edək ki, qrup mərhələsi sentyabrın 8-də başlayacaq.

0