“Qarabağ”ın hücumçusu Ukrayna klublarının gündəmində
06.11.2022 - 11:19
“Qarabağ”ın hücumçusu Ukrayna klublarının gündəmində

“Qarabağ”ın hücumçusu Rüstəm Əhmədzadə Ukraynaya qayıda bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 22 yaşlı forvard Ukrayna Premyer Liqasının 2 klubunun maraq dairəsinə düşüb.

“Krivbas” və sabiq komandası “Minay” Əhmədzadəni icarə əsasında heyətinə cəlb etməyi düşünür. Azərbaycanda heç cür özünü doğrulda bilməyən milli komandamızın üzvü özü də dönməyin tərəfdarıdır. 

Yanvarda “Minay”dan keçdiyi “Qarabağ”da 6 ay ehtiyat oyunçu olmaqdan qurtula bilməyən Rüstəm yay fasiləsində “Zirə”yə icarəyə verilsə də, orada da ümidləri doğrultmur. Təsadüfi deyil ki, cari mövsümün ilk 4 turunda start heyətində çıxış edən gənc oyunçu həmin vaxtdan bəri bütün qarşılaşmalarda meydana əvəzetmədən daxil olur. Bu üzdən hücumçu Ukraynaya qayıdaraq, əvvəlki formasını bərpa etmək arzusundadır.

Qeyd edək ki, Rüstəm Əhmədzadənin “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

0