“Qarabağ”ın Çempionlar Liqasının pley-offundakı mümkün rəqibi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bu, III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Viktoriya” – “Şerif” görüşündə müəyyənləşib.
Ötən həftə Moldovada keçirilən ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan plzenlilər Çexiyada təşkil olunan cavab oyununda da qalib gəlib. Meydan sahibləri yenə eyni hesablı qələbəyə sevinib.
Bununla da Plzen klubu pley-offa yüksəlib. Çexiya çempionunun rəqibi hazırda davam edən “Ferensvaroş” – “Qarabağ” matçında dəqiqləşəcək.
Qeyd edək ki, pley-offun oyunları avqustun 16-17-də və 23-24-də keçiriləcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ