"Qarabağ"ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
26.08.2025 - 20:36

"Qarabağ"ın oyunu ilə əlaqədar metro gücləndirilmiş rejimdə işləyəcək.
Apasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionu yaxınlığında yerləşən “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri tətbiq olunacaq.
Sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq, arenaya gedən azarkeşlərin yönləndirilməsi təmin ediləcək, ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.
Qarşılaşma əlavə vaxtla davam edərsə, azarkeşlərin mənzilbaşına rahat qayıtması üçün iş saatı uzadılacaq.
0
0