“Qarabağ”ın planı dəyişdi: OYUN LƏĞV OLUNDU
20.06.2026 - 16:08
“Qarabağ”ın planı dəyişdi: OYUN LƏĞV OLUNDU

“Qarabağ”ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib.

Apasport.az xəbər verir ki, Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

Ağdam təmsilçisi iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.

Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq  “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək. Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.