“Qarabağ”ın rəqibi 1 milyonluq futbolçu alır
24.06.2022 - 11:23
“Qarabağ”ın rəqibi 1 milyonluq futbolçu alır

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex” yay fasiləsində ikinci transferinə hazırlaşır.

Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Poznan təmsilçisi “Pyast”ın hücumçusu Damian Kadjioru transfer etməyə çalışır.

“Pyast”ın idman direktoru Boqdan Vilk də “Lex”in 30 yaşlı ön xətt oyunçusu ilə maraqlandığını təsdiqləyib. Lakin o, tərəflər arasında hələlik razılıq əldə olunmağını bildirib. “Pyast” Polşa millisinin üzvü üçün qarşı tərəfdən 1 milyon avro tələb edib. Ancaq “Lex” rəhbərliyi bu məbləği aşağı salmağa çalışır.

Yay fasiləsində hələlik yalnız qapıçı Artur Rudkanı heyətinə qatan “Lex” əvəzində Yakub Kaminski, Pedro Tiba, David Kovnaçki və Mikki van der Hartla yollarını ayırıb.

Qeyd edək ki, “Qarabağ”la “Lex” arasında ilk oyun iyulun 5-də Poznanda, cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
 

0