“Qarabağ”ın rəqibi: “Avrokubok gecələri oxşar olacaq”
29.08.2022 - 13:56
“Qarabağ”ın rəqibi: “Avrokubok gecələri oxşar olacaq”

“Dörd oyunda qazanılan 9 xal bizə çox kömək edir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Frayburq”un baş məşqçisi Kristian Ştrayx deyib.

57 yaşlı mütəxəssis Almaniya Bundesliqasının ilk 4 turundan sonra aktivində 9 xal olan komandasının bu parlaq çıxışı Avropa Liqasında da davam etdirəcəyinə inanır: “Noyabra qədər olduqca sıx təqvimdə çıxış edəcəyik. Hazırda bu barədə düşünürəm. Biz Almaniyanın Avropa Liqasındakı təmsilçiləriyik. Orada özümüzü sübut etmək istəyirik. Düşünürəm ki, bu, gözəl hissdir. Bundesliqada mövsümə yaxşı start götürmüşük. Ümid edirik ki, avrokubok gecələri də oxşar olacaq”.

Qeyd edək ki, “Frayburq” qrupda ilk oyununu sentyabrın 8-də doğma arenasında “Qarabağ”a qarşı keçirəcək. Bu qrupda yer alan digər komandalar “Nant” və “Olimpiakos”dur.

0