Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklarda növbəti rəqibi bəlli olub.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası, ardınca Avropa Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri mübarizəni Konfrans Liqasında davam etdirəcək.
Təmsilçimiz bu turnirin pley-offunda “Gent” (Belçika) ilə qarşılaşacaq. 1/8 finala vəsiqə uğrunda oyunlar 2023-cü ildə baş tutacaq.
Bu gün təşkil olunan püşkatma mərasimində səpələnməmiş olan “Qarabağ” fevralın 16-da keçiriləcək ilk görüşə Bakıda çıxacaq. Konfrans Liqasında qrup ikincisi olan rəqiblə cavab oyunu ayın 23-də səfərdə baş tutacaq.
Qeyd edək ki, Ağdam klubu ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda çıxış edəcək. Bu ilin əvvəlində “Qarabağ” Fransa təmsilçisi “Marsel”ə uduzub – 1:3, 0:3.
- Millimiz üçün danışılmış oyunlarla bağlı sessiya təşkil olunub
- Rusiya yığmasının matçını Kamal Umudlu idarə edəcək
- "Sabah" heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib
- AFFA-nın vitse-prezidenti İspaniya millisinin oyununa təyinat alıb
- Qırğızıstan klubu azərbaycanlı futbolçularla yollarını ayırıb