“Qarabağ”ın rəqibindən ayrılır
22.09.2022 - 14:38
“Qarabağ”ın rəqibindən ayrılır

Avropa Liqasının qrupunda “Qarabağ”ın rəqibi olan “Olimpiakos”un futbolçusu Kostas Manolas klubdan ayrılacaq.

Apasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi karyerasını BƏƏ-də davam etdirəcək.

O, “Şarca” klubuna keçəcək. Artıq həm iki klub, həm də Asiya təmsilçisi ilə futbolçu arasında razılıq əldə olunub. Keçid yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Kostas asiyalıların Miralem Pyaniçdən sonra transfer etdiyi ikinci tanınmış futbolçudur.
 

0