“Qarabağ”ın səfər oyunu MÜTƏXƏSSİS GÖZÜNDƏ
04.10.2022 - 12:23
“Qarabağ”ın səfər oyunu MÜTƏXƏSSİS GÖZÜNDƏ

“Olimpiakos” – “Qarabağ” oyununa mütəxəssis rəyi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbol eksperti İvan Belentsov Avropa Liqasının III turunun Yunanıstandakı görüşünə proqnoz verib.

O, Pireydəki qarşılaşmada meydan sahiblərini şanslı hesab edir:

Bukmekerlər bu qarşılaşmada meydan sahibləri favorit sayır. İki komanda arasında səviyyə fərqini nəzərə alsaq, onlarla mübahisə etmək çətindir.

“Olimpiakos” Avropa Liqasının qrupunda pis təsir bağışlayır. İki oyunu ümumi 1:5 hesabı ilə uduzan komanda “dördlüy”ün turnir cədvəlini qapayır. Amma Yunanıstan klubunun yetərincə təcrübəsi və ustalıq səviyyəsi var ki, pley-offa yüksəlib.

“Qarabağ” startda “Frayburq”a 1:2 hesabı ilə uduzub. İkinci turda daha keyfiyyətli futbol göstərən komanda evdə “Nant”ı 3:0 hesabı ilə darmadağın edib.

Lakin başa düşülən odur ki, Azərbaycan çempionu ev oyunlarında daha təhlükəlidir. Bu cümə axşamı isə qonaqlar qalib gəlməyəcək.

Proqnozum: 1X və Y/Q
 

17