"Qarabağ"ın səfər oyununun biletləri satışda
07.08.2024 - 14:53

"Ludoqorets" və "Qarabağ" klubları arasında Çempionlar Liqasının təsnifat mərhələsinin III mərhələsinin Razqradda keçiriləcək cavab matçının biletləri satışa çıxarılıb.
Apasport.az Bolqarıstan təmsilçisinin saytına istinadən xəbər verir ki, biletlərin qiymətləri sektordan asılı olaraq 12, 15 və 25 bolqar levi (təxminən 11, 14, 24 manat) təşkil edir.
"Ludoqorets" – "Qarabağ" matçı avqustun 13-də 12500 tamaşaçı tutumuna malik "Huverfarma Arena" stadionunda keçiriləcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
0
1