"Qarabağ"ın təxirə salınmış matçının vaxtı bilindi
09.09.2024 - 15:22
"Qarabağ"ın təxirə salınmış matçının vaxtı bilindi

Misli Premyer Liqasının III turundan təxirə salınmış “Zirə”–“Araz-Naxçıvan” və “Şamaxı” – “Qarabağ” oyunlarının keçiriləcəyi tarix müəyyənləşib.

Apasport.az xəbər verir ki, “Zirə” – “Araz-Naxçıvan” matçı noyabrın 6-da, “Şamaxı” – “Qarabağ” qarşılaşması isə dekabrın 19-da baş tutacaq.

Oyunların məkanı və başlama saatı ilə bağlı əlavə məlumatlar veriləcək.

0