“Qarabağ”ın yetirməsi seçim qarşısında: “Şamaxı”, yoxsa “Kəpəz”?
27.07.2024 - 14:51
“Qarabağ”ın yetirməsi seçim qarşısında: “Şamaxı”, yoxsa “Kəpəz”?

“Qarabağ”ın yetirməsi və sabiq futbolçusu Rauf Hüseynlinin yeni sezona harada başlayacağı hələ ki, dəqiqləşməyib.

Apasport.az saytına verilən məlumata görə, ötən mövsümü “Qəbələ”də keçirmiş müdafiəçi oradan ayrılıb.

Onun xidmətində iki komanda maraqlıdır. Hüseynli “Şamaxı” və “Kəpəz” arasında seçim edəcək. Hər iki klub onu heyətinə qatmaqda israrlıdır.
 

0