“Qaradağ Lökbatan”dan 8 cavabsız qol
16.09.2025 - 19:28

Futbol üzrə Azərbaycan II Liqasında II tura yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün iki matç keçirilib.
"Qaradağ Lökbatan" "Ağstafa Gəncləri"ni meydana çıxmağına peşman edib. "Göygöl" isə "Kür-Araz"dan üstün olub.
II Liqa, II tur
16 sentyabr
"Qaradağ Lökbatan" - "Ağstafa Gəncləri" 8:0
Qollar: V.Hüseynov, 2, 70, R.Şahmuradov, 13, T.Nəsibov, 19, İ.Zeynallı, 40-p., R.Orucov, 77, 82, T.Nəsibov, 81-p.
"Göygöl" - "Kür-Araz" 1:0
Qol: Ü.Cəlilov, 87
0
0