Qavi İspaniya millisinin tarixinə düşüb
23.11.2022 - 21:48
Qavi İspaniya millisinin tarixinə düşüb

Qavi İspaniya millisinin tarixinə düşüb.

Apasport.az xəbər verir ki, "Barselona"nın yetirməsi DÇ-2022-nin I turunda Kosta-Rika ilə oyunda qol vurmaqla buna nail olub.

O, "qırmızı furya"nın heyətində mundiallarda fərqlənən ən gənc futbolçu ünvanına yiyələnib - 18 yaş 110 gün.

Qavi həmçinin dünya çempionatları tarixində Peledən sonra qol sevinci yaşayan ən gənc oyunçu olub. Əfsanəvi braziliyalı futbolçu DÇ-1958-də İsveçlə oyunda 17 yaş 249 günlük olarkən qol vurmağı bacarıb.

Qeyd edək ki, İspaniya millisi hazırda Kosta-Rikaya 5:0 hesabı ilə qalib gəlir.

 

0
DİGƏR XƏBƏRLƏR
Loading...