Qazaxıstanın qapıçısı "Sabah"da
21.01.2025 - 10:09
Misli Premyer Liqası təmsilçilərindən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.
2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas, yığmada 28 oyun keçirib.
0
0