"Qəbələ” də təlim-məşq toplanışına başlayıb
10.01.2025 - 10:17
"Qəbələ” mövsümün ikinci hissəsinin hazırlığına start verib.
Apasport.az xəbər verir ki, I Liqada XI turun dekabrın 24-də keçirilən “Mingəçevir”lə səfərdə keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” mövsümün ikinci yarısı üçün məşqlərə başlayıblar.
Komanda qış təlim-məşq toplanışına Qəbələdə başlayıb. 2025-ci ilin ilk məşqi Qəbələ şəhər stadionunda baş tutub. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca toplu və topsuz çalışmalar yerinə yetiriblər.
Qeyd edək ki, hazırlıq prosesində üç yoxlama oyunu nəzərdə tutulub.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
0
0