
2022-2023-cü illər mövsümünün hazırlığını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” “Qaziantep”lə qarşılaşıb.
Qarşılıqlı hücumlarla keçən görüş erkən qolla başlayıb. Türkiyə klubu 7-ci dəqiqədə Papi Cilobocinin qolu ilə önə keçib. İkinci hissənin ortalarında Superliqa klubu Aleksandr Maksimin qolu ilə fərqi artırıb. Az sonra "Qəbələ" fərqlənib. Meydana sonradan çıxan Ülvi İsgəndərov baxımlı qola imza atıb. Görüşün sonunadək komandalar hücumlarını davam etdirsə də, hesab dəyişməyib - 1:2.
Yoxlama oyunu
“Qəbələ” – “Qaziantep” – 1:2
Ülvi İsgəndərov, 69 - Papi Ciloboci, 7, Aleksandr Maksim, 67
Qeyd edək ki, “Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL