“Qəbələ” – “Neftçi”: EKSPERT gözü ilə
10.09.2022 - 13:44
“Qəbələ” – “Neftçi”: EKSPERT gözü ilə

Bu gün Misli Premyer Liqasında günün mərkəzi oyunu Qəbələdə keçiriləcək.

Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni təsnifat mərhələlərində dayandıran “Neftçi” ilə “Qəbələ” sonuncuların meydanında üz-üzə gələcək.

Bu qarşılaşma proqnozsevərlər və ekspertlərin də marağına səbəb olub. Futbol eksperti Dmitri Jdanyuk oyuna mərc edib:

“Qəbələ” son iki oyunda uduzub. Komanda ötən tur “Zirə”yə 1:1 hesabı ilə məğlub olub.

“Neftçi” isə 5 görüşdə 4 dəfə qalib gəlib. Bunlardan ikisi son turlara təsadüf edib. Son matçda “Sumqayıt” üzərində qələbə əldə olunub – 3:0.

Ötən mövsüm rəqiblər iki dəfə heç-heçə edib (2:2 və 1:1) və hərəyə bir dəfə qalib gəlib. “Neftçi” 4, “Qəbələ” 1 cavabsız qolla qələbə əldə edib.

Künc zərbələrinə oynamaq istəyənlər “Qəbələ”yə qoyuluş edə bilər. Orta hesabla 4 korner vuran “qırmızı-qaralar”a 5 Alt yazmaq olar.

“Neftçi” hər matçda 1,80 xəbərdarlıq alır. Qonaqların sarı vərəqələrinə 2 Alt oynamaq da mümkündür.

Hər iki komanda məhsuldarlığı ilə seçilir. Orta göstərici rəqiblərin ikisində də 1,50-dən yuxarıdır. “Qəbələ”də 1,80, “Neftçi”də 2,40-dır. Mən bu matçda da minimum 3 top gözləyirəm.

Proqnozum: Üst

0