“Qəbələ” Rumıniya klubunu məğlub etdi
12.07.2022 - 19:03
“Qəbələ” Rumıniya klubunu məğlub etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Rumıniya təmsilçisi “Çiksereda” ilə görüşüb.

Matç erkən qolla başlayıb. Rövlan Muradov üçüncü dəqiqədə hesabı açıb. Fəal oyun nümayiş etdirən “qırmızı-qaralar” fasiləyədək hesabı artırmaq şanslarından yararlanmayıb.

Rumıniyalılar 47-ci dəqiqədə penaltidən fərqlənib. Cəmi 5 dəqiqə sonra Asif Məmmədov “Qəbələ”ni hesabda yenidən önə çıxarıb – 2:1. Bu qoldan sonra komandaların səylərinə baxmayaraq hesab dəyişməz qalıb. Beləliklə, “qırmızı-qaralar” Bolu toplanışındakı son matçında 2:1 hesablı qələbə qazanıb.

12 iyul
Yoxlama oyunu
“Qəbələ” – “Çiksereda” – 2:1

Rövlan Muradov, 3, Asif Məmmədov, 52
Bolu

Qeyd edək ki, "Qəbələ" qardaş ölkədə ilk yoxlama görüşündə Türkiyə Superliqasında çıxış edən "Qaziantep"ə 1:2 hesabı ilə məğlub olub.

1