“Qəbələ” ukraynalı futbolçu transfer etdi
10.08.2022 - 17:50
“Qəbələ” ukraynalı futbolçu transfer etdi

Misli Premyer Liqasının 2022/23 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ”  heyətinə daha bir futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” yay transfer dövründə altıncı oyunçu keçidini reallaşdırıb.

Ukraynalı yarımmüdafiəçi Andrey Strijak bu mövsüm bölgə təmsilçisinin formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. 

Kiyev “Dinamo”sunun yetirməsi olan Andrey peşəkar karyerası ərzində “Şaxtyor” (2017-2018), “Arsenal” (2018-2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.

Qeyd edək ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos, Feras Abu Akal və Ramon Maçadonu heyətinə qatıb.

0