“Qəbələ”, yoxsa “Qarabağ” üçün gələcək?
30.06.2022 - 09:48
“Qəbələ”, yoxsa “Qarabağ” üçün gələcək?

“Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar” aparıcı futbolçusu ilə yollarını ayıra bilər.

Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, Macarıstan klubunun mərkəz müdafiəçisi Adrian Rus başqa klubdan təklif alıb.

Maraqlıdır ki, Rumıniya millisinin üzvü “Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex”in transfer gündəmindədir. Poznan təmsilçisi bu keçid üçün qarşı tərəfə 500 min avro ödəməyə hazırdır. Ancaq “Fehervar” rəhbərliyi Rusu komandada saxlamaq niyyətindədir. Hətta bunun üçün ona daha yüksək məvaciblə yeni maaş da təklif edib. Futbolçu özü isə qərar verməkdə çətinlik çəkir. “Lex”ə keçəcəyi təqdirdə, Çempionlar Liqasında oynamaq şansı onun Polşaya köçməsinə səbəb ola bilər.

Qeyd edək ki, “Qarabağ”la “Lex” arasında oyunlar iyulun 5-də və 12-də, “Qəbələ” ilə “Fehervar”ın matçları isə 21-27-də keçiriləcək.
 

0