"Qəbələ"də 4 ayrılıq
11.07.2022 - 16:01
"Qəbələ"də 4 ayrılıq

"Qəbələ” dörd futbolçu ilə yollarını ayırıb.

Apasport.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Stefan Vukçeviç, Fernan Lopes, Kamal Mirzəyev və hücumçu Patrik Robson 2022-2023-cü illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.

2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Vukçeviç iki mövsüm ərzində 58 oyunda 2 qol vurub. Ötən mövsümün əvvəlində bir illik fasilədən sonra komandaya qayıdan Fernan Lopesin hesabında 40 matçda 4 top var. Fasilələrlə “qırmızı-qara” forma geyinən Kamal 15, qışda komandamıza qoşulan Patrik 13 qarşılaşmada iştirak edib.

0