“Qəbələ”də 5-ci debüt
29.09.2025 - 23:24
Misli Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Qarabağ” - “Qəbələ" matçı (2:0) qonaqların futbolçusu Qədir Ramazanov üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, "qırmızı-qaralar"ın akademiyasının 18 yaşlı yetirməsi Premyer Liqada debüt oyununa çıxıb.
Beləliklə, bu mövsüm "Qəbələ"nin heyətində elitada debüt edən futbolçuların sayı 5-ə çatıb. Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov, Süleyman Damadayev və Ziya Şəkərxanov da Premyer Liqada ilk oyunlarını keçiriblər.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ
0
0