"Qəbələ"dən növbəti transfer
16.09.2024 - 13:14
"Qəbələ"nin baxışında bir neçə futbolçu olduğunu daha öncə xəbər vermişdik.
Apasport.az-ın məlumatına görə, bu gün onlardan birinin taleyinə aydınlıq gəlib.
Bunu klubun mətbuat xidməti açıqlayıb. "Qırmızı-qaralar" nigeriyalı Oçe Oçoveçi ilə anlaşıb. Ukrayna Premyer Liqa təmsilçisi "Krivbas"da çıxış edən 22 yaşlı yarımmüdafiəçi bir illik icarəyə götürülüb.
Qeyd edək ki, futbolçu karyerasına öz ölkəsinin "Platea Yunayted" komandasında başlayan Oçoveçi Portuqaliya klubu "Feirense"nin də formasını geyinib.
- "Neftçi" derbi hazırlığını yekunlaşdırıb - FOTO
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
0
0