“Qəbələ”nin Antalyada rəqibləri bəlli oldu
06.12.2022 - 17:15
“Qəbələ”nin Antalyada rəqibləri bəlli oldu

“Qəbələ”nin qış fasiləsində Türkiyədə baş tutacaq təlim-məşq toplanışının vaxtı və yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” 2022/23 mövsümünün ikinci yarısına Antalya şəhərində hazırlaşacaq. 

Bölgə təmsilçisi yanvarın 4-dən 17-dək keçiriləcək toplanışda  “Limak Limra” otelində məskunlaşacaq. Elmar Baxşıyevin yetirmələri qonşu ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ” yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə üz-üzə gələcək. Dörd gün sonra baş tutacaq ikinci sınaqdakı rəqib Çexiya təmsilçisi “Teplitse” olacaq.

Qeyd edək ki, “Qəbələ” Misli Premyer Liqasının 16 turundan sonra turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
 

0