"Qəbələ"nin daha bir üzvü "Araz-Naxçıvan"da
29.05.2024 - 15:33
"Qəbələ"nin daha bir üzvü "Araz-Naxçıvan"da

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə bağlayıb.

Naxçıvan təmsilçisinin mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, klub son mövsüm "Qəbələ"də çıxış etmiş Ülvi İsgəndərovla anlaşıb.

Hücumçu qarşıdakı bir il ərzində bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün "Qəbələ"nin digər futbolçusu Urfan Abbasovla da sözləşmə imzalayıb.

0